oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Xronologiya

• 29 dekabr

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı ilə ARDNF təsis edildi.

• 29 dekabr

ARDNF-nin Əsasnaməsi təsdiq edildi.

270,9 milyon ABŞ dolları məbləğində ilk vəsait ARDNF-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış hesabına köçürüldü.

• 3 yanvar

ARDNF-nin İcraçı direktoru təyin edildi.

• 19 iyun

ARDNF-nin valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar təsdiq edildi.

• 12 sentyabr

ARDNF-nin illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları təsdiq edildi.

• 22 oktyabr

ARDNF-nin ilk birillik büdcəsi təsdiq edildi.

ARDNF-nin vəsaiti qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsinə yönəldildi.

• 27 dekabr

ARDNF-nin Müşahidə Şurasının tərkibi təsdiq edildi.

• 16 iyul

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin iştirakı ilə ARDNF-nin Müşahidə Şurasının birinci iclası keçirildi.

• 30 iyul

ARDNF tərəfindən BTC əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə start verildi.

ARDNF-nin vəsaitlərinin bir hissəsi dövlət büdcəsinə transfer olunmağa başlandı.

• 17 iyun

Azərbaycan hökuməti MHŞT-yə qoşulma qərarını bəyan etdi.

• 13 noyabr

MHŞT üzrə hökumət Komissiyası yaradıldı.

• 27 sentyabr

“Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya” təsdiq edildi.

• 24 noyabr

MHŞT-nin Azərbaycanda tətbiqi ilə bağlı MHŞT tərəfləri arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalandı.

Azərbaycan hökuməti MHŞT üzrə ilk hesabatını açıqladı.

ARDNF-nin aktivlərinin həcmi ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçdi.

• 25 may

BTC-nin Azərbaycan Respublikası ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi.

Səngəçal teminalından boru xəttinə ilk neft daxil oldu.

ARDNF-nin vəsaitləri hesabına “Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi” və “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihələrinin maliyyələşdirilməsinə başlanıldı.

• 30 mart

Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına ARDNF-dən vəsait yönəldildi.

ARDNF-nin vəsaitləri hesabına “Bakı–Tbilisi–Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə başlanıldı.

ARDNF-yə Şahdəniz layihəsi üzrə ilk mənfəət ödənişi edildi.

• 26 iyun

BMT-nin Dövlət Qulluğu mükafatı ARDNF-yə təqdim edildi.

• 6 avqust

ARDNF-nin aktivlərinin həcmi ilk dəfə olaraq 2 milyard ABŞ dollarını keçdi.

ARDNF tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə başlanıldı.

ARDNF-nin aktivlərinin həcmi 10 milyard ABŞ dollarını keçdi.

• Fevral

Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edildi.

• 16 fevral

Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusu təsdiq edildi.

• 8-9 oktyabr

Azərbaycan hökuməti və ARDNF-nin təşkilatçılığı ilə Bakı şəhərində Suveren Fondların Beynəlxalq Forumunun ilk iclası keçirildi.

• 29 dekabr

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda ARDNF-nin yeni inzibati binasının təməlqoyma mərasimi keçirildi.

• 29 dekabr

AR Prezidenti İlham Əliyevin iştirakı ilə ARDNF-nin bir sıra əməkdaşları "Tərəqqi" medalı ilə təltif edildi.

ARDNF-nin loqosu hazırlandı.

ARDNF Beynəlxalq Maliyyə Korporasiyasının Afrika, Latın Amerikası və Karib Fonduna sərmayə yatırmağa başladı.

MHŞT üzrə Çoxtərəfli Qrupun ilk iclası keçirildi.

ARDNF Santyaqo Prinsiplərinin tətbiqi ilə əlaqədar ilk hesabatını açıqladı.

ARDNF-nin investisiya siyasətində dəyişikliklər edildi.

AÇG-yə 485 mln. ABŞ dolları dəyərində sərmayə yatırıldı.

ARDNF-nin aktivlərinin həcmi 30 milyard ABŞ dollarını keçdi.

ARDNF qızıla investisiyaya başladı.

ARDNF səhmlərə investisiyaya başladı.

ARDNF-nin Facebook və Twitter sosial şəbəkələrində rəsmi səhifəsi açıldı.

MHŞT-nin Azərbaycanda tətbiqi üzrə 2011-ci ili əhatə edən ilk illik hesabat dərc edildi.

Rusiya rublu, Türkiyə lirəsi və Avstraliya dolları ARDNF-nin investisiya portfelinə daxil edildi.

ARDNF London, Paris və Moskvada daşınmaz əmlaka yatırımlar etdi.

ARDNF-nin təşkilatçılığı ilə “Azərbaycan MHŞT daxilində 10 il. Tarixdən yeni pilləyə” mövzusunda konfrans keçirilmişdir.

23-24 may tarixində Sidneydə keçirilən MHŞT üzrə Beynəlxalq Konfransda Azərbaycan MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin yenidən üzvü seçilmişdir.

ARDNF aldığı qızılı Azərbaycana gətirməyə başlamışdır.

ARDNF Beynəlxalq Maliyyə Korporasiyasının Katalizator Fonduna sərmayə yatırmağa başlamışdır.

ARDNF Beynəlxalq Maliyyə Korporasiyasının Qlobal İnfastruktur Fonduna sərmayə yatırmağa başlamışdır.

ARDNF-nin yeni inzibati binası istifadəyə verilmişdir.

ARDNF-nin İcraçı direktoru Bank VTB ASC-nin Müşahidə Şurasına üzv seçilmişdir.

MHŞT üzrə yeni Memorandum imzalanmışdır.

ARDNF Seulda daşınmaz əmlak almışdır.


ARDNF Tokioda daşınmaz əmlak almışdır.

ARDNF Çin yuanında investisiyalara başlamışdır.

ARDNF-nin inzibati binası BREEAM tərəfindən “Yaxşı” dərəcəsi ilə qiymətləndirilmişdir.

ARDNF Milanda daşınmaz əmlak satın alınmasına dair razılıq əldə etmişdir.

ARDNF “Redwood Japan Logistics Fund II” fonduna 100 milyon ABŞ dolları məbləğində investisiya yatırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 aprel 2017-ci il tarixli Fərmanı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya (HSŞK) yaradılmışdır.

İyul 6

ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi.

Sentyabr 20

ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvü seçilib.

Oktyabr 11

ARDNF dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında 10-cu yerdə qərarlaşıb.

Dekabr 12

ARDNF-nin rəsmi internet səhifəsi yenilənib