oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Suveren Fondların Beynaxalq Forumu

Suveren Fondların Beynaxalq Forumu

Suveren Sərvət Fondları - maliyyə ehtiyatlarını istiqrazlar, əmlak, qiymətli metallar və ya digər maliyyə alətləri təşkil edən, təbii sərvətlərdən əldə edilən gəlir hesabına formalaşan dövlət maliyyə fondlarıdır. Bu termin ilk dəfə 2005-ci ildə işlədilmişdir.


suveren-fond

2009-cu il aprelin 5-6-da Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilmiş Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) yaradılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu Beynəlxalq Forumun üzvüdür.

ARDNF Suveren Fondların Beynəlxalq Forumu vasitəsi ilə digər suveren fondlar ilə əməkdaşlığını davam etdirir. Suveren fondların könüllülük prinsipi əsasında yaradılmış qrupu olan SFBF-nin üzvləri onların ümumi maraqlarına uyğun olan məsələlərin müzakirəsi ilə əlaqədar mütəmadi olaraq görüşür və fikir mübadiləsi aparır, habelə suveren fondların fəaliyyəti və Santyaqo Prinsiplərinin (SP) anlaşılmasına yardım edir. SFBF-nin ilk görüşü 2009-cu ilin 8-9 oktyabr tarixlərində Azərbaycan hökuməti və ARDNF-nin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir. SP-nin 24-cü prinsipinə uyğun olaraq, ARDNF SP-nin tətbiqi ilə bağlı ilk hesabatını 2011-ci ildə hazırlamışdır və hesabat illik əsasda nəzərdən keçirilir.

Ən son hesabat ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

ARDNF-nin SP-nin tətbiqi ilə bağlı hesabatı