Biznes proqram təminatlarının inzibatçılığı şöbəsinin mütəxəssisi

Vəzifə üzrə əmək funksiyaları:

  • Tətbiq serverləri, əlaqəli apparat təminatı, və verilənlər bazaları daxil olmaqla mühüm biznes tətbiqetmələrinin istifadəsi, qorunması və problemlərin həll edilməsi;
  • Oracle və MS SQL Server VB fasiləsiz işləməsinin və təhlükəsizliyinin təmin edilməsi;
  • Məlumat bazalarının nüsxələrinin alınması və müxtəlif qəza (crash) vəziyyətlərində bərpa edilməsi;
  • Oracle Verilənlər Bazasında yaşanan performans problemlərinin təhlili və həlli;
  • Oracle Verilənlər Bazasının yeni versiyalarına keçirilməsi, habelə mövcud versiyalarda PSU/patch-ların tətbiq edilməsi (Upgrade/patching).

Təhsil/İxtisaslaşma/Təlimlər

İnformasiya Texnologiyaları mühəndisliyi, Kompüter mühəndisliyi və ya Kompüter Elmləri üzrə ali təhsil.

Dil bilikləri

Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus dili bilikləri arzuolunandır.

Təcrübə

Oracle üzrə minimum 3 il iş təcrübəsi. Linux üzrə baza biliklərin olması.

📩 Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini hr@oilfund.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.