Azərbaycan Respublikası Dövlət Neft Fondu Siziİnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsinin treyderi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bizim professional komandamıza qoşularaq Siz daim karyera inkişafını təmin edən peşəkar mühitdə çalışmaq imkanını əldə etmiş olacaqsınız.
Kreativ, innovativ düşüncə və yanaşma tərzinizə, insanlarla mükəmməl ünsiyyət qurmaq, təhlil və problem həlletmə bacarığınıza güvənirsinizsə, təşkilatımızın işçisi olmaq fürsətini dəyərləndirin.
Vəzifə üzrə əmək funksiyaları:
- Excel proqramından istifadə etməklə pul vəsaitlərinin hərəkətinin təhlili, bazar yanaşması və xərclərin qiymətləndirilməsi metodları üçün maliyyə modellərinin hazırlanması;
- Qiymətləndirməni təyin etmək üçün bir çox pul vəsaitlərinin hərəkəti modelləri və parametrləri əsasında ssenarilərin hazırlanması;
- Pul axını proqnozlarının yaradılması;
- Ətraflı maliyyə modellərinin qurulması, saxlanması və təhlillərin inkişaf etdirilməsi;
- Təklif olunan investisiya üzrə tam maliyyə modelləşdirilməsi və təhlilinin aparılması;
- İnvestisiya gəlirlərinin təhlilinin aparılması;
- İnvestisiyanın təhlili prosesinə köməkliyin göstərilməsi;
- Daşınmaz əmlak tendensiyalarının izlənməsi və hesabatın hazırlanması;
- Qəbul edilmiş müvafiq yanaşmalar və nəzəriyyələrdən istifadə edərək beynəlxalq daşınmaz əmlak bazarı təhlilinin həyata keçirilməsi;
- Bazar və ən yaxşı təcrübələr haqqında məlumatlı olmaq;
- Bazar / iqtisadi tendensiyalar və proqnozlar haqqında analitik məlumatların təqdim edilməsi;
- Təhlil nəticələrinin dəqiq və qısa xülasə şəklində təqdim edilməsi;
- Rüblük daşınmaz əmlak bazarı hesabatlarının hazırlanması;
- Hesabat məlumat bazası və fəaliyyətlərinin yenilənməsi və saxlanması.
Təhsil/İxtisaslaşma/Təlimlər
Maliyyə, iqtisadiyyat və ya riyaziyyat sahələri üzrə ali təhsil.
Dil bilikləri
Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus dili bilikləri azruolunandır.
Təcrübə
Bu sahə üzrə iş təcrübəsinin olması arzuolunandır.
Bacarıqlar
- Peşəkar səriştələr: Microsoft Office (Word, Excel, PowerPoint) proqramlarından mükəmməl istifadə qabiliyyəti;
- Peşakar yazı, hesabat vermə bacarığı, təqdimat qabiliyyəti;
- Analitik düşüncə, araşdırma, qərarvermə və təhlil qabiliyyəti;
- Davranışla bağlı səriştələr: komanda yönümlülük, effektiv danışıq aparma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlılıq, yaradıcı düşünmə, nəticə yönümlülük;
- İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti.
📩 Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini hr@oilfund.az elektron poçt ünvanına “Daşınmaz əmlak şöbəsinin treyderi” mövzüsu ilə göndərmələri xahiş olunur.