Risklərin idarə edilməsi departamentinin təhlilçisi – komplayns mütəxəssisi

Sizi Risklərin idarə edilməsi departamentininAlternativ investisiyaların risklərinin idarə edilməsi şöbəsinin təhlilçi-komplayns mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edirik.

Komandamıza qoşularaq Siz daim karyera inkişafını təmin edən peşəkar mühitdə çalışmaq imkanını əldə etmiş olacaqsınız.

Nəticəyönümlülük, analitik düşüncə, effektiv kommunikasiya, zaman məhdudiyyəti şəraitində və komandada işləmək bacarıqlarınıza güvənirsinizsə, bizim komandamızın üzvü olmaq imkanını dəyərləndirin.


Vəzifə üzrə əmək funksiyaları:

  • İnvestisiyaların mövcud investisiya limitləri üzrə uyğunluğuna nəzarət;
  • Xarici menecerlərin investisiya mandatları ilə fəaliyyətlərinin uyğunluğuna nəzarətin həyata keçirilməsi;
  • İnvestisiya fəaliyyətində tərəfdaşların komplayns təhlilinin həyata keçirilməsi və tərəfdaşlardan gələn komplayns sorğularının cavablandırılması (“KYC” sənədləri və s.);
  • ARDNF tərəfindən investisiya edilən alternativ investisiyalar (özəl səhm və daşınmaz əmlak) üzrə komplayns təhlilinin həyata keçirilməsi;
  • Qlobal maliyyə bazarlarında tənzimləmələrlə (MiFID, FATCA, GDPR, Dodd Frank, FINRA, və s.) bağlı risklərin müəyyən edilməsi, təhlili və idarə edilməsi;
  • Komplayns siyasətinin və prosedurlarının inkişaf etdirilməsi, bu siyasətin səmərəli icrası məqsədilə müvafiq daxili normativ sənədlərin yaradılması;
  • Alternativ investisiyalar və onların komplayns məsələləri ilə bağlı araşdırmaların həyata keçirilməsi;
  • Departamentin fəaliyyət istiqamətləri çərçivəsində dövrü hesabatların hazırlanması.


Peşəkar bacarıqlar:

  • İnvestisiyaların idarəedilməsi sahəsində tənzimləmələrlə bağlı tanışlıq arzuolunandır;
  • Araşdırma bacarığı;
  • Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti, şifahi və yazılı formada yüksək kommunikasiya bacarığı.


Təhsil/İxtisaslaşma/Təlimlər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Hüquq sahələrində);
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi arzuolunandır;
  • CFA sahəsində nailiyyətlər arzu olunandır.


Dil bilikləri

Azərbaycan və İngilis dillərini səlis səviyyədə bilmək tələb olunur.


📩 Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini hr@oilfund.az elektron poçt ünvanına “Komplayns Mütəxəssisi” mövzüsu ilə göndərmələri xahiş olunur.