Investisiya departamentinin Səhmlər və alternati̇v investi̇si̇yalar şöbəsi̇nin treyderi

Azərbaycan Respublikası Dövlət Neft Fondu Sizi İnvestisiya departamentinin Səhmlər və alternati̇v investi̇si̇yalar şöbəsi̇nin treyderi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Bizim professional komandamıza qoşularaq Siz daim karyera inkişafını təmin edən peşəkar mühitdə çalışmaq imkanını əldə etmiş olacaqsınız.

Kreativ, innovativ düşüncə və yanaşma tərzinizə, insanlarla mükəmməl ünsiyyət qurmaq, təhlil və problem həlletmə bacarığınıza güvənirsinizsə, təşkilatımızın işçisi olmaq fürsətini dəyərləndirin.


Vəzifə üzrə əmək funksiyaları:

• İnvestisiya siyasəti ilə müəyyən edilmiş proporsiyalara uyğun olaraq investisiya portfelinin valyuta tərkibinin bölüşdürülməsini təmin etmək.

• Maliyyə bazarlarındakı tendensiyalarla birlikdə İnvestisiya siyasəti çərçivəsində kapital və alternativ investisiyalar alt portfelində taktiki dəyişikliklərlə bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.

• Strategiya ilə müəyyən edilmiş səhmlərin və alternativ investisiyaların ticarətini həyata keçirmək.

• Portfelə daxil olan özəl fondları idarə edən qurumlar tərəfindən ayrılmış investisiyaların bu fondların investisiya strategiyalarına uyğunluğunu təmin etmək.

• Birbaşa rəhbərin və Fondun rəhbərliyinin tələbi əsasında tədqiqat aparmaq və hesabatlar, təqdimatlar və digər analitik materialları hazırlamaq.

• Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək.


Təhsil/İxtisaslaşma/Təlimlər

Maliyyə, iqtisadiyyat və ya riyaziyyat sahələri üzrə ali təhsil.


Dil bilikləri

Azərbaycan və ingilis dilləri səlis səviyyədə bilmək tələb olunur.


Təcrübə

Bu sahə üzrə iş təcrübəsinin olması arzuolunandır.


📩 Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini hr@oilfund.az elektron poçt ünvanına “Treyder, Səhmlər və alternati̇v investi̇si̇yalar şöbəsi̇” mövzusu ilə göndərmələri xahiş olunur.