oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Təcrübə proqramı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) önəmli təhsil, enerji, nəqliyyat və investisiya layihələrinin maliyyələşdirilməsində fəal iştirak etməklə, ölkədə neft və qaz kapitalının insan kapitalına çevrilməsi siyasətinə öz töhfəsini verməkdədir. Xüsusən gənc kadrların potensialını yüksək dəyərləndirən ARDNF xüsusi istedadlı şəxslərin burada çalışması üçün çox əlverişli iş mühiti yaratmışdır.

Bu mənada, öncəlikli hədəfimiz, istedadları cəlb etmək, inkişaf etdirmək və əməkdaşlarımızın qarşılıqlı inam şəraitində birlikdə çalışacağı korporativ mədəniyyət qurmaqdır.

Bu məqsədlə, Fond təhsil müəssisələri tərəfindən təşkil olunan karyera sərgiləri və digər platformalarda fəal iştirak etməklə yanaşı, məzunlar üçün təcrübə proqramlarını həyata keçirir.

Təcrübə proqramlarının təşkili ilə bağlı uğurlu təcrübəmizi nəzərə alaraq, Fondda Yay Təcrübə Proqramının təşkili nəzərdə tutulmuşdur.

  • Dünya üzrə tanınmış suveren fondlarından birində təcrübə proqramı keçmək fürsəti;
  • Maliyyə bazarları və investisiya idarəetməsi üzrə təhsilin artırılması, vəsaitlərin idarə edilməsi sahəsində yüksək səviyyəli bacarıqların, mürəkkəb tapşırıqların həll olunmasında analitik yanaşma və məsələlərin dərin təhlili qabiliyyətlərinin inkişaf etdirilməsi;
  • Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə praktik vərdişlərin qazanılması;
  • Yeni bilik və bacarıqların əldə edilməsi üçün inkişaf imkanları, eləcə də yüksəliş imkanlarını yaradan çağırışlar.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkədə neft və qaz kapitalının insan kapitalına çevrilməsi siyasətinə öz töhfəsini verməkdədir. Xüsusən gənc kadrların potensialını yüksək dəyərləndirən ARDNF xüsusi istedadlı şəxslərin burada çalışması üçün çox əlverişli iş mühiti yaratmışdır.

Bu baxımdan, əsas hədəfimiz istedadları cəlb etmək, onların inkişafına dəstək vermək və qarşılıqlı etimada əsaslanan birgə əməkdaşlıq mühitində fəaliyyət göstərən korporativ mədəniyyət yaratmaqdır.

Bu məqsədlə, Fond təhsil müəssisələri tərəfindən təşkil edilən karyera sərgiləri və digər platformalarda fəal iştirak edir, eləcə də məzunlar üçün müxtəlif təcrübə proqramları həyata keçirir.

Təcrübə proqramlarının təşkili ilə bağlı uğurlu təcrübəmizi nəzərə alaraq,Fondda 2025-ci üzrə Yay Təcrübə Proqramınıntəşkili nəzərdə tutulmuşdur.


Təcrübə proqramının üstünlükləri

  • Dünya miqyasında tanınan suveren fondların birində təcrübə keçmək imkanı;
  • Maliyyə bazarları və investisiya idarəçiliyi sahəsində nəzəri biliklərin artırılması və analitik düşüncə bacarıqlarının inkişafı;
  • Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə peşəkar praktiki bacarıqların formalaşdırılması;
  • Yeni bilik və bacarıqların əldə olunması, həmçinin karyera yüksəlişi üçün zəmin yaradan çağırışlarla qarşılaşmaq imkanı.


Yay Təcrübə Proqramı

Real iş təcrübəsi qazanmaq üçün ARDNF komandasına qoşulmağa hazırsınızmı?

Yüksək ixtisaslı peşəkarlardan ibarət dinamik komandamız sizlərə maliyyə sahəsində ən zıruri yenilik və bacarıqları qazanmaq imkanı yaradır. Siz gündəlik real iş proseslərində iştirak edərək həm peşəkar, həm də şəxsi bacarıqlarınızı inkişaf etdirmək, eləcə də, praktiki təcrübə əldə etmək imkanı qazanacaqsınız.


Tələblər:

Aşağıda göstərilən sahələr üzrə bakalavr təhsil pilləsi üzrə 3-cü və ya 4-cü kursda təhsil alan tələbələr, eləcə də 2024-cü ildə ali təhsilini bitirmiş və yüksək akademik göstəricilərə malik məzunlar təcrübə proqramına müraciət edə bilərlər.

  • Azərbaycan və ingilis dillərini mükəmməl bilmək (digər dilləri bilmək üstünlük sayılır);
  • MS Office proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (əlavə proqramlarda bacarıqlar üstünlükdür).


Təcrübə proqramının təşkil olunacağı departamentlər


Struktur Bölmə

Təhsil

İnvestisiya departamenti

Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat

Risklərin idarə edilməsi departamenti

Maliyyə, İqtisadiyyat və ya Riyaziyyat

Enerji layihələri departamenti

Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat

İnvestisiyalarda əməliyyatlar departamenti/ Mühasibat uçotu departamenti

Mühasibatlıq, Audit və ya Maliyyə

Hesablaşmalar departamenti

Maliyyə, Bank işi və ya Mühasibatlıq

İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar departamenti

Kompüter elmləri, Kompüter mühəndisliyi və ya Tətbiqi riyaziyyat

İnsan resursları departamenti

İnsan resursları, İqtisadiyyat və ya İctimai idarəetmə

Satınalmaların idarəedilməsi departamenti

Biznesin idarə edilməsi, Satınalmaların idarəedilməsi, Maliyyə və ya İqtisadiyyat

Hüquq şöbəsi/ İnvestisiyalarda əməliyyatlar departamenti

Hüquq



Proqramın müddəti: 2025-ci ilin iyun-iyul aylarını əhatə edir (ödənişsizdir)
Müraciət üçün son tarix: 4 may 2025


Seçim Mərhələləri

Tələblərə uyğun gələn namizədlər aşağıdakı seçim mərhələlərində iştirak üçün dəvət olunacaqlar:

  1. Test imtahanı (12-21may): Test mərhələsində fiziki iştirak tələb olunur
  2. Qrup müzakirəsi və/və ya fərdi müsahibə (22 – 30 may): Test mərhələsini uğurla keçmiş namizədlər bu mərhələyə dəvət olunacaqlar.

Seçim mərhələləri ilə bağlı ətraflı məlumat tələblərə uyğun gələn namizədlərə fərdi qaydada təqdim ediləcəkdir.

Sizi Yay Təcrübə Proqramında görməkdən məmnunluq duyarıq!


Müraciət linki