ARDNF-yə işə qəbul Fondun rəsmi internet saytında vakant vəzifələr üzrə müsabiqə elanlarının yerləşdirilməsi ilə həyata keçirilir. İş üçün müraciətlər əsasən bir yolla – ARDNF-nin veb saytında yerləşdirilmiş elektron müraciət formasını doldurub təqdim etməklə qəbul olunur. İşə qəbul zamanı namizədlərin müvafiq vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməsi və yüksək potensial nümayiş etdirməsi əsas meyarlardan hesab edilir.
ARDNF inanır ki, müvafiq vəzifələr üçün ən uyğun namizədlərin seçilməsi Fondun davamlı uğurunun əsasını təşkil edir. Fondun bugünkü nailiyyətləri və gələcək uğurları məhz peşəkar və güclü komandanın fəaliyyəti sayəsində mümkün olur.
Neft Fonduna işə qəbul olmaq istəyən namizədlər üçün əsas tələblər:
Komandamızın üzvü olmaq istəyirsinizsə, mövcud vakansiyalarla tanış olmaq və müraciət etmək üçün Karyera Portalımıza daxil ola bilərsiniz.