oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəylərini, habelə Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası, gəlirlər 18 038 986,6 min manat, xərclər 12 896 361,8 min manat və ya Fondun 2024-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 127,9 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:



Sıra

№-si

Göstəricilər

Məbləğ

(min manatla)

Gəlirlər, cəmi:

18 038 986,6


o cümlədən:





1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə

və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)




11 461 383,2


2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar

sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri


3 600,6

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir

527,2

4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir

5 795 258,9

5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

778 216,7



Xərclər, cəmi:

12 896 361,8


o cümlədən:


1.

Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinə

transfert

12 781 000,0



2.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi



33 951,9



3.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın

maliyyələşdirilməsi



47 327,2

4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

34 082,7


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2025-ci il