ARDNF-nin investisiya sahəsində uğurlu karyera qurmaq istəyən tələbə qızların peşəkar və fərdi inkişafını dəstəkləyən “Gələcəyimizə İnvestisiya” peşəkar inkişaf proqramının bağlanış mərasimi baş tutub.
May-iyun aylarında keçirilən proqram çərçivəsində iştirakçılar 11 mentor və 5 təlimçi ilə görüşərək Fondun əsas struktur bölmələrinin fəaliyyəti ilə tanış olub və yumşaq bacarıqların artırılmasına yönəlmiş təlimlərdə iştirak ediblər.
Bağlanış mərasimində iştirakçılar təqdimatlarla çıxış edərək proqramla bağlı təəssüratlarını bölüşüblər. Ardınca ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov ilə “Müasir tələblər – Lider perspektivindən” mövzusunda sessiya keçirilib. Tədbir iştirakçıların təltif olunması ilə yekunlaşıb.
“Gələcəyimizə İnvestisiya” peşəkar inkişaf proqramının ilk məzunlarını təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzu edirik.