oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF Pekində keçirilən CIC–SFBF Dayanıqlılıq Seminarında ESG Təcrübəsini Paylaşdı

21 Jun 2025 16:29:00

ARDNF Pekində keçirilən CIC–SFBF Dayanıqlılıq Seminarında ESG Təcrübəsini Paylaşdı

21 Jun 2025 16:29:00

Çin İnvestisiya Korporasiyası və Suveren Fondların Beynəxalq Forumu (SFBF) tərəfindən Pekində birgə təşkil olunmuş Dayanıqlılıq seminarında iştirak etməkdən məmnunluq duyuruq.

Seminarda Fondun Dayanıqlılıq üzrə mütəxəssisləri, Nigar Əzizova və Əli Hüseynov iştirak edib. Nigar Əzizova müzakirələrə qatılaraq ARDNF-nin ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsipləri üzrə çərçivə sənədinin hazırlanması və müxtəlif aktivlər üzrə inteqrasiyasının dərinləşdirilməsini əhatə edən yol xəritəsini təqdim edib. Eyni zamanda o, şəffaflıq sahəsində əldə edilən irəliləyişlər, habelə xarici menecerlərlə əməkdaşlıq və bu prosesdə qarşıya çıxan çağırışlar barəsində danışıb.

Seminar zamanı SFBF üzvləri dayanıqlı investisiya təcrübələri, ESG prinsipləri üzrə şəffaflığın artırılması və suveren sərvət fondları arasında effektiv kommunikasiya mövzusunda fikir mübadiləsi aparıb.

Xəbərlərə abunə ol