Məmnuniyyət hissi ilə bildiririk ki, ARDNF-nin İnvestisiya departamentinin meneceri Nigar Əzizova “IE” Universitetinin Dəyişikliyin İdarəolunması Mərkəzi (CGC) tərəfindən hazırlanmış “2025-ci il Suveren Təsir Hesabatı”na töhfə verən ekspertlərdən biri olub. Onun fikirləri ARDNF-nin “ESG” prinsiplərinin investisiya portfelinə inteqrasiyası və COP29-da oynadığı rolu əhatə edib.
“CGC”, “IE” Universitetində fəaliyyət göstərən və müasir qlobal dəyişikliklərin cəmiyyətə, iqtisadiyyata və siyasətə təsirini araşdıran tədqiqat mərkəzidir.