oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF İstanbulda keçirilən CFA İnvestisiya Konfransında Təmsil Olundu

04 Jun 2025 16:36:00

ARDNF İstanbulda keçirilən CFA İnvestisiya Konfransında Təmsil Olundu

04 Jun 2025 16:36:00

İstanbulda keçirilən Mərkəzi və Şərqi Avropa regionu üzrə 11-ci CFA İnvestisiya Konfransında iştirak etməkdən məmnunluq duyuruq. Konfransda regionun iqtisadi perspektivləri, kapital bazarlarının inkişafı və dəyişən qlobal mühitdə alternativ investisiyaların rolunu araşdırmaq məqsədilə aparıcı investisiya mütəxəssisləri, siyasətçilər və təfəkkür liderləri bir araya gəlib.

ARDNF-nin İnvestisiya departamentinin Alternati̇v investi̇si̇yalar üzrə ri̇skləri̇n idarə edi̇lməsi̇ şöbəsi̇nin müdiri Rəşad Rzayev “Mərkəzi və Şərqi Avropa bazarlarının dinamikası: risk və fürsətlərə ekspert yanaşmaları” adlı panel müzakirəsinə qatılaraq, ARDNF-nin investisiya strategiyası, Mərkəzi və Şərqi Avropa regionundakı yatırımları və alternativ investisiyalar üzrə risklərin idarəedilməsi çərçivəsində qarşılaşdığı çağırışlar mövzusunda çıxış edib.

Xəbərlərə abunə ol