oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin İcraçı Direktoru “Yüksəliş” Müsabiqəsinin Qalibləri ilə Görüşüb

18 Mar 2025 16:50:00

ARDNF-nin İcraçı Direktoru “Yüksəliş” Müsabiqəsinin Qalibləri ilə Görüşüb

18 Mar 2025 16:50:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov Mentorluq proqramı çərçivəsində dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Sənan Mustafayev və Toğrul Yaqublu ilə görüş keçirib.

Görüş zamanı İsrafil Məmmədov mentorluq etdiyi qalibləri əldə etdikləri uğur münasibətilə təbrik edib, onların karyera məqsədləri və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, şəxsi potensiallarının artırılması ilə bağlı tövsiyələrini bölüşüb.

Qeyd edək ki, hazırda Yüksəliş Müsabiqəsinin 5-ci mövsümünə qeydiyyat davam edir. İştirak etmək istəyən namizədlər 10 aprel tarixinədək müsabiqənin rəsmi internet səhifəsi olan www.yukselish.az vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Xəbərlərə abunə ol