İnvestisiya departamentinin treyderi
Azərbaycan Respublikasının Dövlət Neft Fondu, 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.
ARDNF səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.
ARDNF-də İnvestisiya departamentinin treyderi vakansiyasına müraciət etməklə siz, sabit gəlirli qiymətli kağızlar portfelini idarə edərək, ARDNF-nin investisiya strategiyasının həyata keçirilməsinə töhfə vermək imkanı əldə edəcəksiniz. Risk parametrlərinə uyğun yüksək gəlir əldə etməyə fokuslanacaq, bazar trendlərini təhlil edərək optimal investisiya qərarları verəcəksiniz. Bu vəzifəyə müraciət etməklə siz yüksək nüfuza malik suveren investisiya fondunun tərkibində qlobal maliyyə bazarlarında işləmək, qabaqcıl investisiya yanaşmalarını öyrənmək imkanını əldə etmiş olursunuz.
Siz hansı işləri görəcəksiniz:
- Sabit gəlirli qiymətli kağızlar (istiqraz) portfelinin idarə edilməsinə nəzarət edərək, müəyyən edilmiş risk çərçivəsində yüksək gəlir əldə etməyə çalışmaq. Portfeli bazar şərtlərinə uyğun tənzimləmək və qiymətli kağızlar üzrə əqdlərin bağlanılmasıı əməliyyatlarını həyata keçirmək, ARDNF-nin investisiya strategiyasına uyğun olmasını təmin etmək.
- Risklərin idarəedilməsi, komplayns və əməliyyat üzrə struktur bölmələri ilə əməkdaşlıq edərək, bütün investisiya qərarlarının və əqd əməliyyatlarının ARDNF-nin daxili siyasət və qaydalarına uyğun icra olunmasını təmin etmək. İnvestisiya imkanlarını araşdırmaq, onların risklərini və potensial gəlirlərini dəyərləndirmək.
- İqtisadi və maliyyə xəbərlərini izləyərək, bazar dəyişikliklərini və investisiyalara təsir edə biləcək amilləri öncədən müəyyənləşdirmək. İnflyasiya, faiz dərəcələri və geosiyasi hadisələrin portfelə təsirini təhlil edərək uyğun qərarlar qəbul etmək.
- Fondun nəğd vəsait axınını düzgün idarə etmək üçün likvidlik və qısa müddətli maliyyə alətlərini effektiv idarə etmək. Brokerlər, investisiya bankları və digər maliyyə institutları ilə əlaqələri inkişaf etdirərək, bazar haqqında məlumat toplamaq və investisiya əməliyyatlarını daha səmərəli yerinə yetirmək.
- Riskləri minimuma endirərək portfelin gəlirliyini artırmaq üçün sabit gəlirli maliyyə alətləri və hedcinq strategiyalarını dərin təhlil etmək, portfelin vəziyyəti və bazar perspektivləri barədə rəhbərliyə aydın və informativ hesabatlar hazırlamaq.
Sizdən nə tələb olunur:
- Müvafiq sahədə bakalavr dərəcəsi (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, riyaziyyat və s.).
- Sabit gəlirli qiymətli kağızlar bazarları, o cümlədən dövlət və agentlik istiqrazları, kredit bazarları və gəlirlilik əyrisi dinamikası üzrə dərin nəzəri biliklər;
- Sabit gəlirli qiymətli kağızlar, fyuçerslər və digər törəmə maliyyə alətləri ilə ticarət əməliyyatlarının icrası üzrə biliklər arzuolunandır;
- Bloomberg Terminal, Excel və digər maliyyə modelləşdirmə alətlərində işləmə bacarığı (ticarət əməliyyatları, risk qiymətləndirilməsi və bazar təhlili üçün) arzuolunandır;
- Risklərin idarə edilməsi prinsipləri, faiz dərəcəsi riski (dürasiya) və kredit riskinin qiymətləndirilməsi üzrə biliklər;
- Çoxşaxəli maliyyə məlumatlarını təhlil edərək əsaslandırılmış investisiya qərarları vermək bacarığı;
- Sürətli və dinamik iş mühitində effektiv işləməyi təmin edən güclü ünsiyyət və komanda işi bacarıqları;
- Azərbaycan və ingilis dillərində yüksək səviyyədə bilik;
- CFA sertifikatına sahib olmaq və ya CFA sertifikasiyası üzrə biliklər (I və ya II) üstünlükdür.
- Python, R və ya VBA ilə təcrübə üstünlükdür. SQL vasitəsilə verilənlər bazasının idarə edilməsi və sorğuların aparılması üzrə biliklər arzuolunandır.
Axtardığımız namizəd kimdir?
Uğurlu namizəd güclü analitik və riyazi bacarıqlara, sabit gəlirli qiymətli kağızlar və pul bazarları üzrə dərin biliklərə və sürətlə dəyişən maliyyə mühitində əqdlərin bağlanılması üzrə əməliyyatları icra etmək qabiliyyətinə malik olmalıdır. Problemləri proaktiv şəkildə həll edə bilmək, daxili və xarici tərəfdaşlarla effektiv ünsiyyət qurmağı bacarmaq, davamlı öyrənmək, detallara diqqət yetirmək və bir neçə tapşırığı eyni vaxtda səmərəli idarə etmək bu rolda uğur qazanmaq üçün vacib amillərdəndir.
Maraqlısınız?
İnvestisiya sahəsində karyeranızı inkişaf etdirmək istəyirsinizsə aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət edin.
Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız tələblərə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Müraciətlər 31 mart 2025-ci il tarixinədək qəbul edilir.