Azərbaycan Respublikasının Dövlət Neft Fondu, 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.
ARDNF səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.
ARDNF-də Risklərin idarəedilməsi departamentinin Alternativ investisiyalar üzrə risklərin idarəedilməsi şöbəsinin təhlilçisi vakansiyasına müraciət etməklə siz, ARDNF-nin alternativ investisiyalara (daşınmaz əmlak, özəl səhmlər, infrastruktur) dair strategiyasının formalaşmasında və alternativ investisiyaların dəyərləndirilməsində (“due diligence”) iştirak edəcəksiniz. Eyni zamanda, Siz portfeli dərindən təhlil edərək alternativ investisiyaların idarəedilməsinə dair ətraflı məlumat bazasına arxalanan qərarların verilməsinə töhfə verəcəksiniz. Bu vəzifəyə müraciət etməklə Siz nüfuzlu suveren investisiya fondunun tərkibində qlobal maliyyə bazarlarında işləmək, qabaqcıl investisiya yanaşmalarını öyrənmək imkanını əldə etmiş olursunuz.
Siz hansı işləri görəcəksiniz?
Sizdən nə tələb olunur?
Axtardığımız namizəd kimdir?
Uğurlu namizəd güclü analitik və riyazi bacarıqlara malik olmalıdır. Problemləri proaktiv şəkildə həll edə bilmək, daxili və xarici tərəfdaşlarla effektiv ünsiyyət qurmağı bacarmaq, davamlı öyrənmək, detallara diqqət yetirmək və bir neçə tapşırığı eyni vaxtda səmərəli idarə etmək bu rolda uğur qazanmaq üçün vacib amillərdəndir.
Maraqlısınız?
Güclü komandada çalışaraq müvafiq sahə üzrə karyeranızı inkişaf etdirmək istəyirsinizsə, aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət edin. Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.
Müraciətlər10 may 2025-ci il tarixinədək qəbul edilir.