Azərbaycan Respublikasının Dövlət Neft Fondu (Fond), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.
Fond səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.
Fondda İnvestisiya departamentinin baş təhliçisi vakansiyasına müraciət etməklə siz, təşkilatın investisiya strategiyası və portfel idarəçiliyinə töhfə vermək imkanını əldə etmiş olursunuz. Vəzifə öhdəliklərinə investisiya təkliflərinin təhlili, yoxlamanın ( due diligence) aparılması və portfelin fəaliyyətinin monitorinqi də daxildir. Bu, Fondun Azərbaycanın suveren sərvətini davamlı şəkildə idarə etmə missiyasını dəstəkləyir.
Bu vəzifə Fondun alternativ investisiyalar (özəl səhmlər, daşınmaz əmlak və infrastruktur) üzrə investisiya imkanlarının təhlilini aparmaq və təkliflər hazırlamaq öhdəliklərini əhatə edir. Təhlilçi il ərzində 1-1.5 milyard ABŞ dolları həcmində alternativ investisiya portfelini idarə etməyə və məqbul göstəriciləri üstələyən gəlirlilik əldə etməyə yönəlmiş işlər görəcəkdir.
Siz hansı işləri görəcəksiniz?
Sizdən nə tələb olunur?
Axtardığımız namizəd kimdir?
Yüksək nəzəri biliklərə və zəruri texniki bacarıqlara malik olmaq, təqdimat, kommunikasiya və danışıqlar (negotiation) bacarıqlarının yüksək səviyyədə olması, eləcə də fikirlərini səlis və aydın şəkildə ifadə etmək qabiliyyəti üstünlük hesab olunur.
Maraqlısınız?
Güclü komandada çalışaraq investisiya sahəsində karyeranızı inkişaf etdirmək istəyirsinizsə aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət edin. Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.
Müraciətlər 1 sentyabr 2025-ci il tarixinədək qəbul edilir.