oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2002-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (21.12.2001)

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2002-ci il büdcəsinin gəlirlər 880.196,0 mln.manat, xərcləri 153.484,5 mln. manat təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2002-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

No

Gəlir mənbələri

Gəlirlərin məbləği (milyon manat)

1

Azərbaycan Respublikasının payına dÜşən xam neftin satışından əldə edilən gəlir (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə)

717 800,0

2

Akrhesabı ödənişlər

48 539,0

3

Xarici şirkətlərlə bağlanmış mÜqavilələr çərçivəsində dövlət əmlakından istifadə Üçün icarə haqqı

2 328,0

4

Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir

53 329,0

5

Digər gəlirlər və daxilolmalar

58 200,0


Cəmi:

880 196,0

3. Müəyyən edilsiin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2002-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

No

Xərc istiqamətləri

Xərclərin məbləği (milyon manat)

1

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli " Erməni millətçilərinin apardıgı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Fərmanı ilə bağlı xərclər o cümlədən:

- Əsaslı tikinti

74 500,0

74 500,0

2

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 07 sentyabr tarixli 577 nömrəli "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işqalı nəticəsində Ağdam və Fizuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı ilə bağlı xərclər o cümlədən:
Əsaslı tikinti

Əhaliyə ödənişlər (məcburi köçkünlərə kənd təsərrüfatı ilə məşqul olmaları üçün maddi yardımın göstərilməsi)

75 882,3

72 156,3

3 666,0

3

Fondun idarə edilməsi ilə bağlı xərclər

3 162,2


Cəmi:

153 484,5

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılsın ki, xarici sərmayəçilərlə bağlanmış neft və qazın kəşviyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair, habelə müvafiq Sazişlər çərçivəsində dövlət əmlakının icarəsindən, Azərbaycan tərəfinə verilən aktivlərdən və digər daxilolmalardan əldə edilən gəlirlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna mədaxil edilməsi mexanizminin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

5. Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılsın ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Satınalmalar Üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2002-ci il büdcəsinin qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılması probleminin həlli ilə xərc maddələrinin icrası zamanı vəsaitin qənaətlə və səmərəli istifadə edilməsi, o cümlədən bütün xərclərin aşkarlıq şəraitində həyata keçirilməsi və satınalmalar barədə qüvvədə olan qanunvericiliyə ciddi riayət edilməsi üzərində nəzarəti təmin etsin.

6. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılsın ki:

  • Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti hesabına ölkədə yoxsulluğun səviyyəsinin azaldılması strateqiyasına və dövlət investisiya siyasətinə uyğun mÜvafiq layihələrin maliyyələşdirilməsi və bu məqsədlər Üçün tələb olunan maliyyə vəsaitinin illik həcmləri barədə təkliflərini Azərbaycan Respublikasının Orta Müddətli İnvestisiya Proqramına daxil edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər;
  • ölkə iqtisadiyyatının qeyri-neft sektorunun və onun rəqabət qabiliyyətinin, habelə milli sahibkarlığın inkşafının Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitinin istifadəsi hesabına dəstəklənməsini təmin etmək məqsədi ilə mövcud imkanların və beynalxalq təcrübənin araşdırılması əsasında 2 ay müddətinə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

7. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcrası direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev