oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN 238 NÖMRƏLİ QƏRARI (19.10.12)

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Neft Fondunun Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublika-sının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007, № 6, maddə 700, № 7, maddə 743, № 12, maddə 1355; 2008, № 4, maddə 325, № 7, maddələr 672, 687, № 11, maddə 1036; 2009, № 1, maddə 25, № 4, maddə 291, № 9, maddələr 742, 744, № 12, maddə 1071; 2010, № 4, maddə 356, № 7, maddə 706, № 12, maddələr 1113, 1114; 2011, № 1, maddə 68, № 4, maddə 374, № 8, maddə 775; 2012, № 1, maddə 38; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 iyul tarixli 154 nömrəli və 24 sentyabr tarixli 210 nömrəli qərarları) aşağıdakı məzmunda 1.24-cü bənd əlavə edilsin:

"1.24. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl."

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Başnaziri

Bakı şəhəri, 19 oktyabr 2012-ci il