oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bildiriş 31.05.2019

Bildiriş 31.05.2019

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra – Komissiya) cari fəaliyyətinin təşkilini həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları və Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri barədə 2018-2019-cu illəri əhatə edən hesabatların beynəlxalq mühasibot uçotu standartlarına uyğun şəkildə üzləşdirilməsi, təhlil edilməsi və tələb edilən ümumi məlumatların toplanması məqsədilə Xidmət Təklifləri Sorğusu (bundan sonra “XTS”) üsulundan istifadə edərək müsabiqə yolu xidmətlərin satınalınması məqsədilə təkliflər cəlb edir.

Bununla əlaqədar, müsabiqədə iştirak etmək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan, müstəqil və ixtisaslaşmış auditor təşkilatları, XTS tələblərinə uyğun olaraq öz təkliflərini iki mərhələli şəkildə (Texniki Sənədlər - 21 iyun 2019-cu il, Maliyyə Təklifləri - 28 iyun 2019-cu il saat 14.00-dək) Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Nursel Əsgərli ilə (+99412 498-77-53 (daxili 1804) nömrəli telefon və ya NAsgarli@oilfund.az elektron poçtu) əlaqə saxlaya bilərlər.