Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)
Dezinfeksiya xidmətlərinin, dispenserlərin və dezinfeksiya məhlulunun satın alınması üçün
açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.
İddiaçılara təklif edilir ki, https://www.etender.gov.az Dövlət satınalmalarının vahid internet portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar 100 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 14 oktyabr 2020-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 22 oktyabr 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 23 oktyabr 2020-cu il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası