Azərbaycan Respublikasının Dövlət Neft Fondu
2020-ci il üzrə müstəqil auditor rəyi də daxil olmaqla maliyyə fəaliyyəti barədə illik hesabatının tərtibat və çap işlərinin satın alınması üçün
TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanına (telefon: +99412 498 77 53, faks: +99412 565 87 55, əlaqələndirici şəxslər: Cəmilə Abdullayeva-daxili: 1827, hüquqi məsələlər üzrə Fatimə Səlimli-daxili: 8025) müraciət edə bilərlər.
Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu üzrə iddiaçılar lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.
Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir.
Təkliflər sorğusunda iştirak üçün sənədlər 17 may 2021-ci il saat 18:00-dək qəbul olunur.
İddiaçıların təklifləri 18 may 2021-ci il saat 10:00-da AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında açılacaqdır.
Tender komissiyası.