Azərbaycan Respublikası Dövlət Neft Fondunun
yeniinzibati binasının daşınmaz əmlakın icbari və
daşınar əmlakın könüllü sığortalanması xidmətlərinin
satın alınması üzrə Fondun Tender Komissiyasının
19 yanvar 2016-cı il tarixli 1 №-li protokolu ilə təsdiq edilmişdir.
inzibati binasının daşınmaz əmlakın icbari və daşınar əmlakın könüllü sığortalanması xidmətlərinin satın alınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF–nin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti “111A” nömrəli ünvanda yerləşən 22 mərtəbəli inzibati binasının (+2 səviyyəli texniki mərtəbə, 1-ci mərtəbəsi 2 səviyyəli, 2 səviyyəli zirzəmi mərtəbəsində yeraltı avtodayanacaq) və ərazisində olan texniki tikililərin (qazanxana, su anbarı, istilik və soyutma sistemləri, elektrik yarımstansiyası və s.) icbari əmlak sığortası, ordakı daşınar əmlakın könüllü sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını əhatə edir.
Tender prosedurları 04 mart 2016-cı il, yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, H.Əliyev prospekti 111 “A” nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər 25 fevral 2016-cı il, yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 03 mart 2016-cı il, yerli vaxtla saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, H.Əliyev prospekti 111 “A”, nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün sığorta işi sahəsində təcrübə, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular TSX@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxs Gülnar Məşədiyeva) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 1007)