Azərbaycan Respublikası Dövlət Neft Fondunun Fondun 2010-cu ildə fəaliyyəti haqqında hesabatı və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı dərc edilmişdir.
Neft Fondunun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatının strukturu və təqdimat üslubu təkmilləşdirilmiş, illik hesabatın tərtibat konsepsiyasında yeniliyin tətbiqinə başlanmışdır. Fond tərəfindən dərc edilmiş 2010-cu il üzrə hesabatın tərtibatı Azərbaycan xalqının böyük şairi və mütəfəkkiri, dahi Nizami Gəncəviyə həsr edilmişdir. Neft Fondunun illik hesabatının ədəbi əsərlərlə zənginləşdirilmiş yeni tərtibat üslubu eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə Fondun kiçik bir töhfəsi olacaqdır.
İllik hesabat, eləcə də audit hesabatı Dövlət Neft Fondunun (http://www.oilfund.az/pub/uploads/42tFpqc6.pdf) rəsmi internet səhifəsində yerləşdirilmişdir.