oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

31 Oct 2011 13:27:44

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

31 Oct 2011 13:27:44

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2011-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 11 831,4 milyon manat, büdcə xərcləri isə 4 366,7 milyon manat təşkil etmişdir.

2011-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 668,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 476,3 milyon manat, Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 66,8 milyon manat, tranzit gəlirləri 5,5 milyon manat, akrhesabı ödənişlər 1,2milyon manat, bonus ödənişləri 15,7 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,2 milyon manat təşkil etmişdir.

Ötən 9ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,9 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində4 021,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 144,5milyon manat və 10,5milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 5,9 milyon manat vəsait ayrılmışdır. 85,5milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2011-ci ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 10,1 milyon manat olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 258,8 milyon manat təşkil etmişdir.

2011-ci il oktyabrın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə (22 766,8 milyon ABŞ dolları) nisbətən 41,6 % artaraq 32 242,5 milyon ABŞ dollarına bərabər olmuşdur.

Xəbərlərə abunə ol