Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə səhmlərə investisiya etməyi planlaşdırır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə investisiya edilə bilər.
İlkin mərhələdə səhmlərə investisiyanın xarici menecerlər vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulur. Xarici menecerlərin seçilməsi xidmət təklifləri sorğusu üsulu ilə həyata keçiriləcək və bu barədə məlumat Fondun internet səhifəsində (www.oilfund.az) yerləşdiriləcəkdir.