oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondu qızıla investisiya etməyə başlamışdır

16 Feb 2012 07:18:17

Dövlət Neft Fondu qızıla investisiya etməyə başlamışdır

16 Feb 2012 07:18:17

Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya etməyə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.

Bu məqsədlə, 1 fevral 2012-ci il tarixindən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrin alışına başlanılmışdır. 1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası, Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir.

Xəbərlərə abunə ol