2012-ci iliyunun 7-dəAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Avropa Parlamenti və Almaniya Bundestaqının üzvlərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Azərbaycan hökuməti ilə Avropa Parlamenti arasında əməkdaşlıq, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanmışdır.
Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırmışdır.