oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

07 Jun 2012 13:33:43

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

07 Jun 2012 13:33:43

2012-ci il iyunun 7-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2011-ci il büdcəsinin icrası, Fondun 2012-ci il büdcəsində əlavə və dəyişikliklərin edilməsi məsələlərinə baxılmışdır.

Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2011-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Ernst ənd Yanq” şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Fondun 2011-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.

Müşahidə Şurası Fondun 2012-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara almışdır.

Baş Nazir A.Rasi-zadə 2012-ci il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.

Xəbərlərə abunə ol