oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2012-ci il büdcəsinə dəyişikliklər edildi

04 Jul 2012 06:05:16

Dövlət Neft Fondunun 2012-ci il büdcəsinə dəyişikliklər edildi

04 Jul 2012 06:05:16

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2012-ci il üçün büdcəsinə dəyişikliklər edildi.

Fərmana uyğun olaraq, cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, habelə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il üçün büdcə gəlirlərinin dəqiqləşdirilməsi məqsədilə Neft Fondunun 2012-ci il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər ilə bağlı gəlir maddəsi 10365432,0 min manatdan 13388644,0 min manata qədər, Neft Fondunun 2012-ci il büdcəsinin gəlirlərinin ümumi həcmi 10697030,6 min manatdan 13721815,2 min manata qədər artırıldı və neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslarla bağlı 1572,6 min manat məbləğində gəlir maddəsi əlavə edildi.

Xəbərlərə abunə ol