Azərbaycan Respublikası Dövlət Neft Fondunun Fondun 2011-ci ildə fəaliyyəti haqqında hesabatı və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı dərc edilmişdir.
2011-ci ildən başlayaraq, Fondun fəaliyyəti haqqında illik hesabatının strukturu və təqdimat üslubu təkmilləşdirilmiş, daha da sadələşdirilmiş, illik hesabatın tərtibat konsepsiyasında yeniliyin tətbiqinə başlanmışdır. Belə ki, Neft Fondu tərəfindən dərc edilən illik hesabatlarda Azərbaycan ədəbiyyatının tanınmış simaları haqqında məlumatlar və yaradıcılıqlarından nümunələr yerləşdirilir. Bu cür tərtibatda hazırlanan ilk hesabat - 2010-cu il üzrə Neft Fondunun illik hesabatı dahi Nizami Gəncəviyə həsr edilmişdir. Neft Fondunun illik hesabatının ədəbi əsərlərlə zənginləşdirilmiş yeni tərtibat üslubu eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə Fondun kiçik bir töhfəsi olacaqdır.
Dövlət Neft Fondunun 2011-ci il üzrə illik hesabatı Azərbaycanın görkəmli şairi Məhəmməd Füzuliyə həsr edilmişdir.