oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

24 Apr 2014 15:00:00

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

24 Apr 2014 15:00:00

2014-cü il aprelin 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasdaFondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılmışdır.

Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun(“Praysvoterhauskupers Audit Azərbaycan” MMC)hesabatına baxaraq onları məqbul hesab etmiş vəNeft Fondunun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul etmişdir.

Baş Nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.

Xəbərlərə abunə ol