oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin İcraçı direktoru ilə Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib

12 May 2017 11:35:00

ARDNF-nin İcraçı direktoru ilə Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib

12 May 2017 11:35:00

2017-ci il may ayının 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavini Reji Monfronun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Ş. Mövsümov qonaqlara ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Görüşdə ARDNF-nin Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları, “Credit Agricole Corporate & Investment” bankı ilə əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olmuşlar

Xəbərlərə abunə ol