oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən açıqlama

04 Aug 2017 09:58:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən açıqlama

04 Aug 2017 09:58:00

Bəzi kütləvi informasiya vasitələrində ARNDF-nin investisiya portfelinə daxil olan qızıl ehtiyatı ilə bağlı dərc olunan məqalələrə münasibət olaraq bildiririk ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməmişdir. Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılmışdır. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

Xəbərlərə abunə ol