oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edildi

08 May 2019 15:23:00

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edildi

08 May 2019 15:23:00

3 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra – Komissiya) yeni tərkibi genişləndirilmişdir. Belə ki, Komissiyanın tərkibinə – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru (sədr),Azərbaycan Respublikasının Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilmişdir.


Xəbərlərə abunə ol