Azərbaycan Respublikası Dövlət Neft Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aprelin 18-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.
Dövlət Neft Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.