Ötən həftə ARDNF-də “Əbədi dəyərlər və ortaq baxış ilə nəsilləri birləşdirmək” mövzusunda komanda quruculuğu tədbiri uğurla təşkil olunmuşdur.
Fərqli nəsilləri təmsil edən əməkdaşların bir araya gəldiyi tədbirdə Fondun korporativ dəyərləri ətrafında açıq və qarşılıqlı dialoqa əsaslanan müzakirələr aparılmışdır. İştirakçılar interaktiv fəaliyyətlər və fikir mübadiləsi vasitəsilə bu dəyərlərin müxtəlif nəsillər tərəfindən necə qəbul edildiyini, tətbiq olunduğunu və şərh edildiyini birgə şəkildə araşdırmışdırlar.
Tədbirə göstərdikləri yüksək fəallıq və dəyərli fikirlərə görə bütün həmkarlarımıza dərin təşəkkürümüzü bildiririk. Qarşılıqlı hörmət, öyrənmə və ümumi missiyaya bağlılıq əsasında formalaşan institusional mədəniyyətimizi birlikdə möhkəmləndirməyə davam edirik.