oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF “Cibuti Forum 2025”də Afrikaya İnvestisiyalar üzrə Yanaşmasını Təqdim Etdi

09 Apr 2025 16:48:00

ARDNF “Cibuti Forum 2025”də Afrikaya İnvestisiyalar üzrə Yanaşmasını Təqdim Etdi

09 Apr 2025 16:48:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Bəhruz Bəhramov, Cibuti Respublikasının Suveren Fondu (Fonds Souverain de Djibouti) tərəfindən təşkil edilən “Cibuti Forum 2025” beynəlxalq investisiya forumunda iştirak edib.

Tədbirin əsas plenar sessiyalarından biri olan “Afrikaya investisiya: investor perspektivi” adlı paneldə çıxış edən Bəhruz Bəhramov, ARDNF-nin investisiya təcrübəsini bölüşməklə yanaşı, Afrika qitəsinin qlobal iqtisadi artımda oynaya biləcəyi rol, həmçinin qitənin investisiya potensialı mövzusunda aparılan müzakirələrdə iştirak edib.

Çıxış zamanı qitənin artan iqtisadi göstəricilərini, rəqəmsallaşma və regional inteqrasiya imkanlarını vurğulayan Bəhruz Bəhramov, ARDNF-nin Afrikaya olan investisiyalarının təxminən 400 milyon ABŞ dolları həcmində olduğunu qeyd edib. O, həmçinin Afrikanın rəqəmsal infrastruktur, data mərkəzləri və səhiyyə kimi sahələrdə cəlbedici investisiya fürsətləri təqdim etdiyini bildirib.

Xəbərlərə abunə ol