2025-ci ilin ilk yarısı:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il iyun ayının 30-na ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 10,8% artaraq 66 515,6 milyon ABŞ dolları təşkil etmişdir.
2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 8 833,0 milyon manat, büdcə xərcləri isə 7 278,6 milyon manat təşkil etmişdir.
Büdcə gəlirləri:
Neft-qaz gəliri. 2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 743,2 milyon manat olmuşdur, o cümlədən:
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 427,3 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 423,3 milyon manat məbləğində vəsait daxil olmuşdur.
İnvestisiya gəliri. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 089,8 mln manat təşkil etmişdir.
Büdcədənkənar gəlir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 9 468,7 milyon manat təşkil etmişdir.
Büdcə xərcləri:
Büdcəyə transfert.Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 240,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Layihə xərcləri.2025-ci ilin yanvar-iyun aylarında aşağıdakı icrası davam edən layihələrə 24,3 milyon manat yönəldilmişdir, o cümlədən:
İdarəetmə xərcləri. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,8 milyon manat təşkil etmişdir.
Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3 718,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.
Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri
2025-ci ilin ilk altı ayı ərzində ARDNF-nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşmışdır.
ARDNF-nin borc öhdəliklərinə yatırımları ikinci rüb ərzində müsbət gəlirlilik nümayiş etdirmişdir. Rüb ərzində dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunan volatillik rübün sonuna doğru nisbətən azalmışdır. Eyni zamanda ABŞ və Avrozona iqtisadiyyatlarında inflyasiyanın müəyyən qədər səngiməsi müşahidə olunmuşdur. Borc öhdəlikləri altportfelinin gəlirliliyinə isə əsas töhfə faiz gəlirlərindən əldə olunmuşdur.
İkinci rüb ərzində qlobal səhm bazarlarında əsasən müsbət dinamika müşahidə edilmişdir. Rübün əvvəllərində ticarət siyasəti ilə bağlı yaranmış volatilliyə baxmayaraq, xüsusilə ABŞ səhm bazarlarında qiymətlərin yüksəlişi qeydə alınmışdır. Belə ki, siyasi müstəvidə davam edən qeyri-müəyyənliklərə rəğmən, investorların bazar gözləntilərində müşahidə olunan yaxşılaşma əsas səhm indekslərinin müsbət gəlirlilik nümayiş etdirməsi ilə nəticələnmişdir. Sözügedən tendensiyalar hesabat dövründə ARDNF-nin səhm altportfelinin gəlirliliyinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir.
Geosiyasi qeyri-müəyyənliklərin davam etməsi və mərkəzi bankların qızıla olan yüksək həcmdə davamlı tələbi fonunda, qızıl qiymətləri əhəmiyyətli artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bu əsasda hesabat dövrü ərzində ARDNF-nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşmışdır.