Azərbaycan Respublikası Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu(MHŞT) üzrə komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov 2004-cü il mayın 5-də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq nüfuza malik audit şirkətlərinin nümayəndəlirlə görüşmüşdür.
Komitə sədri görüş iştirakçılarına Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin dövlətə ödənişlərilə baglı hazırlanmış hesabat formalarının xaricı şirkətlərlə və qeyri-hökumət təşkilatları ilə müzakirəsinin təşkil olunması, eləcə də 2004-cü il aprelin 20-də Londonda Britaniya və Norveçin hökumət nümayəndələri, neft şirkətlərinin, beynəlxalq maliyyə institutlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün Azərbaycanda Şəffaflıq Təşəbbüsü ilə bağlı görülən işlərə dair keçirilmiş brifinq (bax) barədə məlumat vermişdir.
Görüşdə şirkətlərin dövlətə ödənişləri ilə baglı hesabat formaları və ödənişlərin hesablanması prosesində audit şirkətlərinin ücüncü tərəf kimi mümkün iştirakı müzakirə olunmuşdur.
Müzakirələrdə Ernst and Young, Deloitte and Touches, PriceWaterhouseCoopers və Moore Stephens audit şirkətlərinin, eləcə də BP və Exxon şirkətlərinin nümayəndələri və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Neft-Qas, Ticarət və Yatırım Attaşesi iştirak ediblər.