oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat Xidmətinin məlumatı

18 Apr 2005 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat Xidmətinin məlumatı

18 Apr 2005 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2005-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 364,6 milyard manat, büdcə xərcləri isə 221,0 milyard manat təşkil etmişdir.

Ötən üç ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 328,3 milyard manat, o cümlədən mənfəət neftinin satışından 303,7 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 24,3 milyard manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən isə 0,3 milyard manat təşkil etmişdir. Üç ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından 36,3 milyard manat gəlir əldə edilmişdir.

2005-ci ilin ilk üç ayı ərzində Neft Fondunun 2005-ci il büdcəsinin icrası, habelə vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində 32,4 milyard manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmiş, 187,5 milyard manat isə dövlət büdcəsinə transfer edilmişdir. Ötən dövr ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 1,1 milyard manat olmuşdur.
Ötən rüb ərzində Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri 78,1 milyard manat, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 60,8 milyard manat, dövlət büdcəsinə köçürülmüş mənfəət vergisinin miqdarı isə 17,3 milyard manat təşkil etmişdir.

2005-ci il mart ayının 31-nə Fondun aktivləri 4 trilyon 824 milyard manata (təqribən 994 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol