oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

The Bank of New York Dövlət Neft Fondunun depozitar xidmətlərin cəlb olunması məqsədilə keçirdiyi tenderin qalibi elan olunmuşdur

24 Jan 2006 11:00:00

The Bank of New York Dövlət Neft Fondunun depozitar xidmətlərin cəlb olunması məqsədilə keçirdiyi tenderin qalibi elan olunmuşdur

24 Jan 2006 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun maliyyə təşkilatları tərəfindən göstərilən depozitar (kastodial) xidmətlərin cəlb edilməsi məqsədilə 2005-ci il sentyabrın 15-də elan etdiyi açıq tender başa çatmışdır. Tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilib. ABŞ-ın The Bank of New York bankı tenderin qalibi elan edilmişdir.

Depozitar xidmətlərin göstərilməsi şərtlərinin daha da təkmilləşdirilməsi barədə qərar iki amilə əsaslanaraq verilmişdir. Belə ki, Fondun idarəetmədə olan aktivlərinin sürətlə artımı depozitar xidmətlər üzrə xidmət haqlarının azaldılması üçün zəmin yaratmışdır. Bundan başqa, Fondun maliyyə əməliyyatları mürəkkəbləşdiyi üçün depositar xidmət göstərən maliyyə təşkilatının gələcək mərhələlərdə əlavə xidmətlər göstərməsinə tələbat yaranmışdır ki, bu da depositar xidmətlər üzrə hazırkı müqavilədə nəzərdə tutulmayıb.

Tender haqqında elanlar kütləvi informasiya vasitələrində dərc olunmuş, qlobal depositar xidmətlər göstərən və kredit reytinqi AA- və yaxud daha yüksək olan 16 maliyyə təşkilatına tenderdə iştiraka dair dəvətlər göndərilmişdir. 11 maliyyə institutu tenderdə iştirak etməkdə maraqlı olduqlarını bildirmiş və onlardan 8-i tender təkliflərini təqdim etmişdir. Tenderdə iştirak etmiş maliyyə təşkilatları bunlardır: BNP Paribas, Citigroup Global Transaction Services, HSBC Bank Plc, JP Morgan Chase Bank, Royal Bank of Canada Global Services , Societe Generаle Global Securities Services, State Street Bank GmbH, The Bank of New York.

Tender komissiyası tender təkliflərini qiymətləndirərkən 18 texniki və maliyyə meyarını nəzərə almışdır. Qiymətləndirmə 5 ballıq system üzrə ( 1- ən aşağı bal, 5 ən yüksək bal) aparılmışdır və son nəticələr beş komissiya üzvünün təqdim etdiyi ballar üzrə orta rəqəmləri əks etdirir.

Tender komissiyası tərəfindən aparılan qiymətləndirmənin nəticələri aşağıdakı kimidir:

Təşkilatın adıTutduğu yerBal
The Bank of New York14.80
J.P.Morgan Chase Bank24.64
Society Generale34.51
Citigroup44.46
State Street54.25
BNP Paribas64.01
HSBC73.99
Royal Bank of Canada83.98

Qeyd: The Bank of New York 4 əsas biznes seqmenti – Qiymətli Kağızlar, Xəzinədarlığın idarə olunması, İnvestisiya Menecmenti və Fərdi və regional bank xidmətləri üzrə işləyən maliyyə təşkilatıdır. Qlobal depozitar xidmətlər biznesi Qiymətli kağızlar seqmentinin bir hissəsidir. Hazırda 10 trilyon dollar məbləğində aktivlər üzrə kastodial xidmətləri həyata keçirən The Bank of New York dünyada qlobal depozitar xidmətlər göstərən ən böyük maliyyə institutlarından biridir.

Xəbərlərə abunə ol