oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2007-ci il büdcəsinə dəyişikliklər edildi

28 Dec 2007 11:00:00

Dövlət Neft Fondunun 2007-ci il büdcəsinə dəyişikliklər edildi

28 Dec 2007 11:00:00

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2007-ci il üçün büdcəsinə dəyişikliklər edildi.

Fərmana uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması işini sürətləndirmək və onların müvəqqəti məskunlaşdığı çadır düşərgələrinin tam ləğv edilməsini təmin etmək məqsədilə, Fondun 2007-ci il üzrə büdcəsinin qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə əlaqədar bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 124161,0 min manatdan 154161,0 min manata qədər artırılmaqla, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyləşdirilməsi ilə bağlı xərc maddəsi 50000,0 min manatdan 30000,0 min manata qədər və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsi ilə bağlı xərc maddəsi 183620,0 min manatdan 173620,0 min manata qədər azaldıldı.

Xəbərlərə abunə ol