oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə doqquzuncu mərhələnin hesabatlarına "Mur Stefens" şirkəti rəy verəcək

20 Aug 2008 11:00:00

MHŞT üzrə doqquzuncu mərhələnin hesabatlarına "Mur Stefens" şirkəti rəy verəcək

20 Aug 2008 11:00:00

2008-ci il avqustun 19-da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti - doqquzuncu hesabat mərhələsi üzrə hesabatlarını (2008-ci ilin ilk 6 ayı) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş. Bərabər sayda Höküməti, QHT-lər Koalissiyası və Şirkətlər qrupunu təmsil edən 6 nəfərdən ibarət Seçim Qrupu auditin "Mur Stefens" (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə yekdilliklə qərar vermişdir.

Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 4 nüfuzlu audit şirkətinə (Deloitte, PricewaterhouseCoopers, Ernst & Young və Moore Stephens) müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir.

"Mur Stefens" şirkəti 1907-ci ildə Londonda yaradılıb. Hazırda 93 ölkədə fəaliyyət göstərən "Moore Stephens International" dünyanın mühasibatlıq və konsaltinq xidmətləri göstərən aparıcı beynəlxalq şəbəkəsidir.

Xəbərlərə abunə ol