oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

06 Aug 2008 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

06 Aug 2008 11:00:00

(2008-ci ilin yanvar-iyun aylarında gəlir və xərclər barədə açıqlama)

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2008-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 4 893,9 milyon manat, büdcə xərcləri isə 1 404,4 milyon manat təşkil etmişdir.

2008-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 866,5 milyon manat, o cümlədən mənfəət neftinin satışından 4 804,6 milyon manat, akrhesabı ödənişlərdən 0,8 milyon manat, bonus ödənişlərindən 0,4 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlər 60,4 milyon manat təşkil etmişdir.

Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 27,4 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində Neft Fondunun 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 27,3 milyon manat və 75,6 milyon manat vəsait ayrılmışdır. 1 270,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmiş, 2,5 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 0,2 milyon manat vəsait ayrılmışdır. 2008-ci ilin ilk 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,1 milyon manat olmuşdur.

Fond 19,2 milyon manat məbləğində mənfəət vergisi ödəmişdir. Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar xərcləri 74,7 milyon manat təşkil etmişdir.

2008-ci il iyulun 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 162,3 % artaraq 5 488,0 mln. manata (6 762,1 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol