Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyul tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2008-ci il üçün büdcəsinə dəyişikliklər edildi.
Fərmana uyğun olaraq, cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, eyni zamanda 2008-ci il üçün dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Dövlət Neft Fondunun büdcəsində dəyişikliklər edilməsi zərurətini nəzərə alaraq, Neft Fondunun 2008-ci il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərilə bağlı gəlir maddəsi3473109,6 min manatdan 9819516,0 min manata qədər, neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) üzrə gəlir maddəsi 13423,2 min manatdan 104806,0 min manata qədər, Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər ilə bağlı gəlir maddəsi 121928,2 min manatdan 148898,1 min manata qədərartırıldı, xam neftin ixrac qiyməti üzrə Dövlət Neft Fonduna köçürülən yığımlar ilə bağlı 70623,1 min manat məbləğində gəlir maddəsi əlavə edildi, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert ilə bağlı xərc maddəsi 1100 000,0 min manatdan 3800000,0 min manata qədər artırıldı və müvafiq olaraq Neft Fondunun 2008-ci il büdcəsinin gəlirlərinin ümumi həcmi3609361,0 min manatdan 10144743,2 min manata qədər, xərcləri 1680853,6 min manatdan 4380853,6 min manata qədərartırıldı.