2008-ci il fevralın 22-də Qananın paytaxtı Akra şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin iclası keçirilib. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.
İclasda İdarə Heyətinin fəaliyyətinə dair müxtəlif məsələlər, o cümlədən MHŞT-yə yeni namizəd üzvlərin qəbul edilməsi, Şəffaflıq Təşəbbüsünün tətbiqinin qiymətləndirilməsi, MHŞT üzrə Beynəlxalq Katibliyin 2007-ci ildə fəaliyyəti və 2008-ci il üçün iş planı müzakirə edilmişdir.