2008-ci il fevralın 18-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının üzvləri ilə görüşüb. Ş. Mövsümov Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində əldə olunan nailiyyətlərlə bağlı Koalisiya üzvlərinə məlumat vermişdir.
Görüş zamanı MSŞA Koalisiyası tərəfindən Şəffaflıq Təşəbbüsü üzrə Qarşılıqlı Anlaşma Memorandumuna dəyişikliklərin edilməsinə dair təkliflər müzakirə edilmişdir.
Ş. Mövsümov QHT Koalisiyasının MHŞT üzrə hökumət Komissiyası ilə Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində əməkdaşlığına yüksək qiymət verdiyini bildirərək bu əməkdaşlığın davam edəcəyinə inamını ifadə etmişdir. Azərbaycan hökumətinin Şəffaflıq Təşəbbüsünün tətbiqi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində apardığı siyasətin bundan sonra da davam etdiriləcəyi qeyd olunmuşdur.