oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə Komissiyanın iclası keçirilmişdir

15 Feb 2008 11:00:00

MHŞT üzrə Komissiyanın iclası keçirilmişdir

15 Feb 2008 11:00:00

2008-ci il fevralın 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın iclası keçirilmişdir. Komissiyanın sədri, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqi ilə bağlı əldə edilmiş son nailiyyətlərlə bağlı Komissiya üzvlərinə məlumat vermişdir. O, cari il fevralın 13-də BMT-nin Baş Assambleyasında Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamənin Azərbaycan hökuməti tərəfindən BMT-nin Katibliyinə təqdim olunduğunu və müzakirələrin başlandığını bildirmişdir.

Ş. Mövsümov Şəffaflıq Təşəbbüsünün tətbiqi üzrə Qarşılıqlı Anlaşma Memorandumuna qoşulmuş şirkətlərin sayının 26-a çatdığını və artıq ölkədə neft və qaz hasilatı ilə məşğul olan bütün şirkətlərin MHŞT-nin tətbiqi prosesinin iştirakçısı olduğunu, Təşəbbüsün Azərbaycanda həyata keçirilməsi prosesinin vətəndaş cəmiyyəti və yerli və xarici hasilat şirkətlərilə əməkdaşlıq nəticəsində uğurla davam etdiyini və bu prosesin beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.

İclasda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən Şəffaflıq Təşəbbüsü üzrə Qarşılıqlı Anlaşma Memorandumuna dəyişikliklərin edilməsinə dair təkliflər də müzakirə olunmuşdur.

Xəbərlərə abunə ol