oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun icraçı direktoru “Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondları” mövzusunda kofransda iştirak etmişdir

18 Mar 2008 11:00:00

Neft Fondunun icraçı direktoru “Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondları” mövzusunda kofransda iştirak etmişdir

18 Mar 2008 11:00:00

2008-ci il martın 13-14-də London şəhərində nüfuzlu "Central Banking Publications" şirkəti tərəfindən təşkil edilmiş "Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondları" mövzusunda konfrans keçirilmişdir. Konfransda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən dövlət vəsaitlərinin idarəedilməsi fondlarının nümayəndələri, dünyanın aparıcı banklarının yüksək vəzifəli şəxsləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak etmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov konfransda təqdimatla çıxış etmişdir.

Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti və dövlət vəsaitlərinin idarəedilməsi sahəsində Fondun təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

Xəbərlərə abunə ol